SIĞORTA

Sığorta brokeri MADDƏ 20
22 NOYABR
194

Sığorta brokeri MADDƏ 20

2018-11-22 08:30:00

Maddə 20. Sığorta brokeri

1. Sığorta brokeri (broker) sığorta müqaviləsində sığortalını təmsil edən, sığortaçının seçilməsi zamanı bitərəf və müstəqil mövqe tutaraq sığorta müqaviləsinin imzalanması üçün hazırlıq işlərini həyata keçirən və lazım olarsa, bu müqavilənin həyata keçirilməsinə köməklik göstərən hüquqi şəxs (broker təşkilatı) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

Təkrar sığorta brokeri təkrar sığorta üzrə sığortaçı ilə təkrar sığortaçı arasında vasitəçilik fəaliyyəti həyata keçirən brokerdir.

2. Broker təşkilatları Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi razılıq almalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada öz məsuliyyətini sığortalamalıdırlar.

3. Azərbaycan Respublikasında brokerlər sığorta risklərini (24-cü maddənin 2-ci bəndində nəzərdə tutulan sığortalar istisna olmaqla) yalnız Azərbaycan Respublikasında olan sığortaçıların vasitəsi ilə xarici ölkələrdə sığorta və təkrar sığorta etdirə bilərlər.

4. mülkiyyətə qarşı, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkum olunmuş şəxslər broker fəaliyyəti ilə məşğul ola bilməzlər.

5. Brokerlərin fəaliyyətinin qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256