SIĞORTA

Agentin topladığı sığorta haqları MADDƏ 19
21 NOYABR
191

Agentin topladığı sığorta haqları MADDƏ 19

2018-11-21 08:30:00

Bu Qanun sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortaların hüquq və mənafelərinin qorunmasına yönəldilir, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsini, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyəti (ekspert, aktuar, agentlik, broker və produktor fəaliyyətini) göstərmələrini, sığorta müqavilələrindən irəli gələn münasibətlərini tənzimləyir, sığorta sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir.

Bu Qanun sosial sığorta sahəsində yaranan münasibətlərə şamil edilmir.

Maddə 19. Agentin topladığı sığorta haqları

1. Agentlər bir həftə ərzində qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən geci növbəti həftənin son iş gününə qədər sığortaçıya verməlidirlər. Hər gecikdirilmiş gün üçün sığortaçıya komissiyon mükafatının 2 faizi miqdarında dəbbə pulu ödənilir.

2. Bu maddənin 1-ci bəndinin tələbini pozmuş agentə sığortaçı tərəfindən rəsmi xəbərdarlıq edilir. Xəbərdarlıq edildiyi gündən bir il ərzində belə pozuntuya yol verilərsə, sığortaçının onunla bağladığı müqaviləni birtərəfli qaydada ləğv etmək hüquqi vardır. Bu bənddə nəzərdə tutulmuş əsaslarla müqaviləsi ləğv edilmiş agentlər agentlik fəaliyyəti ilə məşğul ola bilməzlər.

3. Agentlər sığorta ödənişlərini verə bilməzlər.

4. Sığortaçıya verilmiş sığorta haqları məbləğindən əlavə dəyər vergisi tutulmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255