SIĞORTA

Maliyyə Bazarlarına Nəzarət Palatası sığortaçı axtarır
20 NOYABR
347

Maliyyə Bazarlarına Nəzarət Palatası sığortaçı axtarır

2018-11-20 09:41:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) əməkdaşlarının və onların ailə üzvlərinin könüllü tibbi sığortalanması üzrə tender elan edib.

Fins.az xəbər verir ki,  MBNP-də verilən məlumata görə, tender proseduru 2018-ci il 7 yanvar tarixində saat 11:00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti 27-də) keçiriləcək.

Tenderdə iştirak etmək istəyən iddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 4 yanvar 2019-cu il, digər sənədləri 24 dekabr 2018-ci il tarixə kimi MBNP-yə təqdim etməlidir.

Tenderdə iştirak haqqı 500 manatdır.

Tender üzrə qalib şirkət xidmətin göstərilməsinə 22.01.2019-cu ildən başlayacaq.

 

Eləcə də bax: Sığorta agenti MADDƏ 18

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256