SIĞORTA

"Sığorta sektorunu çətin vəziyyət gözləyir" - İlkin İbrahimov
16 NOYABR
564

"Sığorta sektorunu çətin vəziyyət gözləyir" - İlkin İbrahimov

2018-11-16 11:15:00

"2019 cu il üzrə ümumiyyətlə sığorta sektorunu çətin vəziyyət gözləyir"

Bu barədə sığorta eksperti İlkin İbrahimov Fins.az-a deyib. 

İ. İbrahimov bildirir ki, ən böyük artımın baş verdiyi həyat sığortasında 50%-dən də böyük azalma olacaq. Çünki fiziki şəxslərin gəlir vergisinin sıfırlanması və sosial ödənişlərin 10% olması, üstəgəl 500 manata qədər sığortalanmaya icazə verilməsi 300 milyondan çox olan həyat sığortasının azalması sığorta sektorunda daralmaya gətirib çıxarılması qaçılmaz olacağını deyib. 

Ekspert əlavə olaraq qeyd edib ki, lizinqin qadağası, avtomobil idxalında rüsumun artırılması , könüllü sığortanın bahalaşmasının qaçılmaz olması bu sahənin inkişafının ləngiməsinə gətirib çıxaracaq amillərdəndir: "Digər tərəfdən stimullaşdırıcı amillər isə İcbari tibbi sığortaya ayrılan maliyyə və aqrar sığortanın inkişafına yönələn hərəkətlər də bu sektorun növbəti il üçün aşağı göstəricilər əldə etməsinin qarşısını ala bilməyəcək. Ümumiləşdirərək 2019 cu il sığorta sektoru üçün sığorta yığımlarında enmələrin müşahidə olunacağını görəcəyik" - deyə ekspert bildirib. 

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256