SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkətinin təcrübə layihəsi Azərbaycan Dövlət Aqrar Universitetində
15 NOYABR
277

ASC “Standard İnsurance” Sığorta Şirkətinin təcrübə layihəsi Azərbaycan Dövlət Aqrar Universitetində

2018-11-15 17:05:00

Azərbaycanda ilk olaraq ASC “Standard İnsurance” Sığorta Şirkətinin təşəbbüsü olan “Karyerada ilk addımlar” adlı tələbə təcrübə layihəsi 12.11.2018-ci il tarixində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baş tutmuşdur.

ADAU-nun rektoru professor İbrahim Cəfərovun, Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, elmlər doktoru Məhərrəm Hüseynovun, ASC “Standard İnsurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Anar Sadıxovun, Şirkətin departament və şöbə rəhbərlərinin, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İdarə Heyətinin sədr müavini Vüqar Əliyevin iştirak etdiyi bu tədbirdə aqrar sığortanın ölkə iqdisadiyyatında mühüm yer tutduğunu və bu sahədə kadr çatışmazlığını vurğulayaraq birgə fəaliyyət göstərmələri haqqında razılıq əldə olunmuşdur. Keçirilən tədbirdə sığorta sahəsində olan inkişaf barəsində geniş məlumat verilmiş, sığorta bazarında yeni nəsil sığortaçılara ciddi ehtiyac olduğu xüsusi qeyd olunmuş, Azərbaycanda aqrar sığortanın inkişafı istiqamətində aidiyyatı qurumların atdığı müsbət addımlardan danışılmışdır.

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə sığorta bazarının inkişaf istiqamətlərinin müəyyən olunması üçün “Yol xəritəsi”nin hazırlanmasına dair işlərə başlanıldığı, bu sahədə mühüm dəyişikliklərin olacağı əminliklə vurğulanmışdır. Həmçinin, hazırkı vəziyyətdə sırf sığorta mütəxəssislərinin çatışmazlığı vurğulanaraq, universitetlərdə, orta ixtisas və peşə liseylərində müvafiq ixtisaslara geniş yer verilməsinə ehtiyac olduğu, bu istiqamətdə geniş maarifləndirilmə işlərinin aparılmasının vacibliyi bu görüş zamanı bildirilmiş, məsələnin aidiyyatı qurumlar qarşısında qaldırılması təşəbbüsünün irəli sürüləcəyi qeyd edilmişdir. “Standard İnsurance” Sığorta Şirkətinin belə tədbirləri təşkil etməsində əsas məqsədi sığorta bazarının inkişafı üçün gənc nəslin maarifləndirməsi istiqamətində görülən işlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasına dəstək olmaqdır. Ümumiyyətlə tələbə təcrübə proqramı çərçivəsində “Standard İnsurance” Sıgorta Şirkətinin təşəbbüsü ilə bu formatda görüşlərin mütəmadi xarakterli olacağı, qarşıda oxşar tədbirlərin keçiriləcəyi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256