SIĞORTA

Sığorta agenti MADDƏ 18
17 NOYABR
306

Sığorta agenti MADDƏ 18

2018-11-17 08:30:00

Bu Qanun sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortaların hüquq və mənafelərinin qorunmasına yönəldilir, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsini, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyəti (ekspert, aktuar, agentlik, broker və produktor fəaliyyətini) göstərmələrini, sığorta müqavilələrindən irəli gələn münasibətlərini tənzimləyir, sığorta sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir.

Bu Qanun sosial sığorta sahəsində yaranan münasibətlərə şamil edilmir.

Maddə 18. Sığorta agenti

1. Sığorta agenti (agent) təşkilati hüquqi formasından asılı olmayaraq hər hansı hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər.

2. Sığorta müqaviləsini bağlamaq və sığorta haqlarını qəbul etmək səlahiyyəti sığortaçıya məxsusdur. Bu səlahiyyət agentlik müqaviləsində göstərmək şərtilə agentlərə də verilə bilər.

3. Agent müqavilə ilə sığortaçının adından və onun verdiyi səlahiyyət daxilində vasitəçilik fəaliyyəti göstərir, o cümlədən sığortaçını təmsil edərək onun adından sığorta müqaviləsini bağlaya bilər.

4. ikinci dərəcəli agent sığortaçı ilə müqavilə əsasında agentlik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir.

İkinci dərəcəli agentlərə sığorta müqaviləsi bağlamaq və sığorta haqları qəbul etmək səlahiyyəti verilmir.

5. Sığortaçının idarəetmə orqanının rəhbəri və üzvləri, müdiriyyət üzvləri və digər məsul işçiləri istədikləri sığortaçının agenti ola bilməzlər. Bu tələb sığorta agentinin funksiyasını həyata keçirən banklara aid edilmir.

6. Sığorta agentləri aşağıdakı tələblərə cavab verməlidirlər:

6.1. minimum orta məktəb təhsili;

6.2. mülkiyyətə qarşı cinayətlər, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkumluğun olmaması;

6.3. fiziki şəxs olan agentlərin Azərbaycan Respublikasında daimi yaşaması, hüquqi şəxs olan agentlərin idarəetmə orqanlarının Azərbaycan Respublikasında yerləşdirilməsi.

7. Sığorta agentlərinin fəaliyyəti qaydasının müəyyən edilməsini və onların uçota alınmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256