SIĞORTA

Sığortaçılar birliyi MADDƏ 17
16 NOYABR
159

Sığortaçılar birliyi MADDƏ 17

2018-11-16 08:30:00

Bu Qanun sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortaların hüquq və mənafelərinin qorunmasına yönəldilir, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsini, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyəti (ekspert, aktuar, agentlik, broker və produktor fəaliyyətini) göstərmələrini, sığorta müqavilələrindən irəli gələn münasibətlərini tənzimləyir, sığorta sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir.

Bu Qanun sosial sığorta sahəsində yaranan münasibətlərə şamil edilmir.

Maddə 17. Sığortaçılar birliyi

1. Ölkədə sığorta işinin iştirakı, sığortaçılar arasında əməkdaşlığın təmin edilməsi, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə sığortaçıların birliyi (Birlik) yaradılır.

2. Birlik hüquqi şəxs statusuna malik olan ictimai təşkilatdır.

3. Birliyin orqanlarına seçkilərin keçirilməsi, idarə edilməsi, qərarların qəbul edilməsi və üzvlük haqlarının verilməsi qaydası, üzvlərinin hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq üzvlərin ümumi yığıncağında qəbul etdikləri nizamnamə ilə müəyyən edilir.

4. Birlik, sığorta fəaliyyətinin inkişaf etdirilməsi üçün sığorta sahəsində tədqiqat və ixtisas təşkilatları yarada, kurslar açsa, seminar, konfrans və digər elmi tədbirləri təşkil edə, hüquqi şəxs olan sığorta büroları yarada bilər. Birlik sığortaçıların beynəlxalq və Azərbaycan Respublikası assosiasiyalarının və təşkilatlarının üzvü ola bilə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256