SIĞORTA

Ümumi sığorta daxılı MADDƏ 16
15 NOYABR
142

Ümumi sığorta daxılı MADDƏ 16

2018-11-15 08:30:00

Bu Qanun sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortaların hüquq və mənafelərinin qorunmasına yönəldilir, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsini, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyəti (ekspert, aktuar, agentlik, broker və produktor fəaliyyətini) göstərmələrini, sığorta müqavilələrindən irəli gələn münasibətlərini tənzimləyir, sığorta sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir.

Bu Qanun sosial sığorta sahəsində yaranan münasibətlərə şamil edilmir.

Maddə 16. Ümumi sığorta daxılı

1. Sığorta daxılı həm könüllü, həm də qanunvericiliyə uyğun olaraq sığortaçıların arasında bağlanan saziş əsasında yaradılır.

2. Saziş müəyyən bir iri sığorta obyekti və ya sığorta növü üzrə yüksək risklərin sığortalanması məqsədi ilə müəyyən müddətdə bağlana və ya müddətsiz ola bilər.

3. Daxıla qəbul edilən risklərin və komissiyon mükafatının daxılın üzvlərinin arasında bölüşdürülməsi nisbətləri sazişdə müəyyən edilir.

4. Daxıla qəbul edilmiş risklər onun adından üzvü olan sığortaçı tərəfindən yenidən təkrar sığortaya verildikdə, bu işdə bütün üzvlərin iştirakı, öhdəliklərinin və komissiyon mükafatının bölüşdürülməsi qaydası daxılın üzvləri tərəfindən müəyyən edilir.

5. Daxılın üzvü olan sığortaçıların müdirlərindən (nümayəndələrindən) ibarət şura tərəfindən idarə olunur və onun təsdiq etdiyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256