SIĞORTA

“Standard İnsurance” daha bir nümayəndəliyini açdı
13 NOYABR
469

“Standard İnsurance” daha bir nümayəndəliyini açdı

2018-11-13 17:55:00

16 illik ənənəsinə sadiq qalaraq müştərilərin hər zaman rahatlığını düşünən ASC “Standard İnsurance” Sığorta Şirkəti, 7 oktyabr tarixində Sabirabad rayonunda yeni nümayəndəliyi ilə yanaşı ayrıca satış məntəqəsini də müştərilərin xidmətinə vermişdir.

Qeyd edək ki, açılış mərasimində ASC `Standard İnsurance` Sığorta Şirkəti-nin İdarə Heyətinin sədri, departament və şöbə rəhbərləri, həmçinin Sabirabad rayon icra hakimiyyətinin 1-ci müavini, rayonun “Su qovşağı”qəzetinin redaktor müavini, Qaralar kənd bələdiyyəsinin üzvü, Qaralar poçt şöbəsinin rəisi iştirak etdiblər. Müasir tələblərə tam cavab verən, müştəri məmnunluğunu təmin etmək üçün hər bir şəraitə malik olan yeni nümayəndəlik və satış məntəqəsi Sabirabad rayonunda iki məkanda, Heydər Əliyev pr. 25A və Heydər Əliyev pr. 83V ünvanlarında fəaliyyət göstəcəkdir. ASC `Standard İnsurance` Sığorta Şirkəti, müştəri məmnuniyyətinə nail olmağı əsas tutaraq xidmət dairəsini nümayəndəliklər vasitəsi ilə genişləndirir, bu cür təşəbbüsün əsas məqsədi yalnız Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün növ sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını təmin etməkdir. Bununla yanaşı Şirkət baş verən sığorta hadisələri zamanı peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ və yüksək səviyyədə xidmətin göstərilməsini əsas tutur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256