SIĞORTA

Şirkətlərin media REYTİNQİ hesablanıb
07 NOYABR
187

Şirkətlərin media REYTİNQİ hesablanıb

2018-11-07 14:21:00

MC&S-in media monitorinq qrupu 01-31 oktyabr 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Fins.az bildirir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumların ilk beşliyini təqdim edirik.

Mobil rabitə
Bakcell 1777
Azercell 1699
Azerfon 1512

Bank sektoru
ABB 1602
Kapital Bank 1012
Paşa Bank 696
Unibank 438
Bank Respublika 423

Sığorta sektoru
Azərsıgorta 273
İpəkyolu 168
Sənaye 160
PAŞA 149
Ata 136

PRA
General Partner

Ali məktəblər

BDU 2654
ADA 1136
UNEC 1033
BANM 1031
ADU 875

Hotel
Landmark 140
Four Seasons 115
Hilton 103
Excelsior 86
Fairmont Baku 71

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://www.facebook.com/MediaConsultingServices/

Əlavə etmək istərdik ki, elan olunan statistika  ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər [email protected]  ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.  

Qeyd edək ki,Media Consulting and Services   2004-cü ildən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətləri -media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir. Onu da qeyd edək ki,  PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251