SIĞORTA

"Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazır deyil"
07 NOYABR
208

"Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazır deyil"

2018-11-07 17:14:00

2019-cu ildə icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanması gözlənilir.

Fins.az-ın məlumatına görə, bu haqda Milli Məclisin (MM) komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirilib. Qeyd olunub ki, gələn il icbari tibbi sığortaya 224 mln. manat ayrılması nəzərdə tutulub. 

Tətbiqin gecikdirilmə səbəbilə bağlı danışan iqtisadçı Vüqar Bayramov bunun gözlənilən olduğunu bildirib:

“Çünki hələlik dövlət xəstəxanaları tam olaraq icbari tibbi sığortanın tətbiqinə hazır deyil. Bu sığorta növünün tətbiqi üçün qeyri-leqal məşğulluğun minimumlaşdırılmasına, sığorta şirkətləri ilə hospitalların münasibətlərinin tənzimlənməsinə ehtiyac var”.

 Onun sözlərinə görə, sığorta paketlərinin məbləği, ödənişin işçi və işə götürən arasında necə bölüşdürülməsi kimi məsələlər də açıq qalıb:

 “Buna görə də, gələn il əmək haqlarından icbari tibii sığorta ayırması tutulmayacaq”.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251