SIĞORTA

A-Qroup-un SIĞORTA MÜKAFATI 1 MİLYON AZN ARTDI
06 NOYABR
182

A-Qroup-un SIĞORTA MÜKAFATI 1 MİLYON AZN ARTDI

2018-11-06 12:23:00

23 ildən artıq sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2018-ci ilin üçrübünə olan nəticələri açıqlayıb.

Bu ilin 9 ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 4 697 708,26 AZN təşkil edərək keçən ilin hesabat dövrü ilə müqayisədə 1 299 014 AZN çox olmuşdur və bu da müqayisədə 38% artım deməkdir.

Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi4 021 107 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur.

KASKO üzrə sığorta haqları2.5 dəfə artıb vəbu da şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.

2018-ci ilin üç rübündə A-Qroup-un sığortalıları 5 694 958,97 AZN məbləğində ödəniş  almışlar. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək  5 451 868,15 təşkil etmişdir.

Ortalama olaraq A-Qroup 2018-ci ilin üç rübündə hər gün müştərilərinə 20 000 AZN məbləğində ödəniş həyata keçirmişdir.

A-Qroup dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.

 Eləcə də bax:"Avtomobillərinizi eyni sığorta şirkətində icbari sığorta etdirməyin" EKSPERT

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251