SIĞORTA

Ekspert həkimlərin qanunsuz əməlini ifşa etdi
06 NOYABR
427

Ekspert həkimlərin qanunsuz əməlini ifşa etdi

2018-11-06 11:47:00

"Ölkəmizdə tibbi sığorta təminatı kommersiya xarakterli olmaqla vətəndaşlara əlçatanlığı təmin olunmamışdır" bunu Fins.az-a sığorta eksperti İlkin İbrahimov deyib. 

Ekspert ölkədəki icbari tibbi sığortanın vəziyyəti haqqında danışıb. 

"Dövlət və özəl tibb müəsisələrindəki qiymət fərqi və sığorta şirkətlərinin isə keyfiyyətə üstünlük verməsi özəl tibb müəsisələrinin inkişafına və savadlı kadrların axımına gətirib çıxardı. Əlbəttə dövlət sosial dövlət olduğundan və büdcədən səhiyyə sisteminin dövlət sektoruna ayırdığı vəsaitlərin davamlılığını təmin etmək üçün icbari tibbi sığortanın tətbiqini şərtləndirən amillərdəndir. İcbari tibbi sığortanın tətbiqi həm dövlət səhiyyə təşkilatlarında rəqabətə, həm də inkişafa gətirib çıxaracaq. Belə ki, hazırda dövlət səhiyyə təşkilatları özəl sektora müştəri axımına şərait yaradır. Belə ki, demək olar ki, bir çox həkimlər dövlət xəstəxanasındakı pasiyentlərə aşağı xidmət etməklə və həmçinin çalışdığı özəl tibb müəssisəsinə müştəri cəlb etməklə məşğul olurlar. Bu amil əmək haqqı və sosial təminatın özəl xəstəxanada daha çox olması ilə izah oluna bilər. Lakin icbari tibbi sığortada istedadlı həkimlərin öz istedadını və potensialını ortaya çıxarmaq baxımından daha gözəl şərait yaranacaq. Belə ki, yaxşı həkimin reytinq cədvəlində adı yuxarıda olacaq və oradan özəl müəsisələrdəki kimi daha çox təminat almasına şərait yaranacaq. Bu da özü özlüyündə həm inkişafa, həm də rəqabətə gətirib çıxaracaq. Bu şəraitdən isə aztəminatlı ailələr də yararlana biləcək". 

Müəllif: Tuncay Türbəndəzadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251