SIĞORTA

Şərikli sığorta MADDƏ 15
07 NOYABR
114

Şərikli sığorta MADDƏ 15

2018-11-07 08:30:00

Bu Qanun sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortaların hüquq və mənafelərinin qorunmasına yönəldilir, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsini, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyəti (ekspert, aktuar, agentlik, broker və produktor fəaliyyətini) göstərmələrini, sığorta müqavilələrindən irəli gələn münasibətlərini tənzimləyir, sığorta sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir.

Bu Qanun sosial sığorta sahəsində yaranan münasibətlərə şamil edilmir.

Maddə 15. Şərikli sığorta

1. Sığorta obyekti bir müqavilə əsasında bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.

2. Yüksək risklərin birgə sığortalanması üçün sığortaçılar öz aralarında bağlanan saziş əsasında sığorta daxili yarada bilirlər.

3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254