SIĞORTA

"Vergi güzəştinin tətbiqi ölkəmizdə sığorta yığımlarına təsirsiz ötüşməyəcək"
02 NOYABR
319

"Vergi güzəştinin tətbiqi ölkəmizdə sığorta yığımlarına təsirsiz ötüşməyəcək"

2018-11-02 15:16:00

"2019 cu ildən vergi məcəlləsinə edilən "fiziki şəxslər üçün gəlir vergisi" nin ləğvi həyatın yaşam sığortası üçün də problemlərin yaşanmasına gətirib çıxaracaq"

Bu barədə Fins.az-a sığorta eksperti İlkin İbrahimov deyib. 

Onun sözlərinə görə, həyat sığortası zamanı sığorta şirkətləri 14 % olan gəlir vergisini vətəndaşla müqavilə əsasında ödəmirdilər.

"Bunu minimum 3 illik özlərində saxlamaqla həm məbləğdən istifadə edirdilər həm də bu məbləği müəyyən müddətdən sonra vətəndaşa geri qaytarırdılar. Hər iki tərəf də qazanırdı. Sığorta bazarında həyat sığortasının payı bu məhsulun hesabına daha çox artmışdı. Üstəgəl 2013 cü ildən bu yana fəal tətbiq edilən bu məhsul daha da populyarlaşmışdır. Lakin Vergilər Nazirinin dəyişməsi və qısa müddətdə belə yanaşması heç də təccüblü deyil. Belə ki, fiziki şəxslərin gəlir vergisinin büdcə daxilolmalarında payının azaldığını hiss edən nazirlik onu ləğv etməklə özündə heç nəyin dəyişməyəcəyini başa düşdü. Hiss edəcək tərəflər isə əlbəttə ki, yuxarı maaşlı vətəndaş və həyat sığortaları olacaq. Beləliklə vergi güzəştinin tətbiqi ölkəmizdə sığorta yığımlarına təsirsiz ötüşməyəcək". 

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251