SIĞORTA

57 milyon manata yaxın borclar silinib
31 OKTYABR
212

57 milyon manata yaxın borclar silinib

2018-10-31 14:08:00

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin səviyyəsinə söğortaedənlərin fonda məcburi dövlət sosial sığorta haqqı (MDSSH) üzrə borclarının ödənilməsi səviyyəsi birbaşa təsir göstərir.

Fins.az xəbər verir ki, bu, Hesablama Palatasının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə rəyində öz əksini tapıb. Bu barədə Report yazıb. 

Rəydə qeyd olunub ki, məcburi dövlət sosial sığortası sahəsində borcların tənzimlənməsi istiqamətində cari ildə əsaslı addımlar atılıb, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli qanunu qəbul edilib və 01.04.2018-ci il tarixdən qüvvəyə minib: “Həmin qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin Fondun uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş MDSSH üzrə borcları tam məbləğdə, 2-ci maddəsinə əsasən 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Qeyd edilən qanunun 3-cü maddəsində həmin qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin Fondun uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10%-inin ödənildiyi halda maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90%-inin, 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30%-i ödənildikdə maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70%-inin, 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50%-i ödənildikdə maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50%-inin silinməsi qeyd edilib, 4-cü maddəsində həmin qanunun 1-ci, 2-ci və 3-cü maddələrinin ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilib, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edildiyi vurğulanıb”.

Sənəddə bildirilib ki, təqdim edilmiş müvafiq məlumatlara əsasən 01.07.2018-ci il tarixə sığortaedənlərin Fonda borcunun məbləği 306 623,8 min manat (282 639,3 min manat borcun əsas məbləği (92,2%), 23 775,2 min manat penya və maliyyə sanksiyaları (7,7%), 209,3 min manat digər borclar (0,1%)) təşkil edib, borcun məbləği ilin əvvəlinə olan 371 708,9 min manat (290 717,7 min manat borcun əsas məbləği (78,2%), 80 773,3 min manat penya və maliyyə sanksiyaları (0,1%), 217,9 min manat digər borclar) məbləğə nəzərən 65 085 min manat (8 078,4 min manat borcun əsas məbləği üzrə, 56 998,1 min manat penya və maliyyə sanksiyaları üzrə, 8,6 min manat digər borclar üzrə) azalıb.

“Göründüyü kimi, məbləğ baxımından ilin əvvəlinə nisbətən əsas azalma maliyyə sanksiyaları üzrə olub ki, bu da, əsas etibarilə, yuxarıda qeyd olunan qanunun qüvvəyə minməsindən sonra görülmüş müvafiq tədbirlərlə əlaqələndirilə bilər. Belə ki, Fondun Kollegiyasının 2014-cü il 18 noyabr tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 6.11-ci bəndi ilə Fond orqanının sərəncamları ilə sığortaedənlərin bank hesablarından silinən, eləcə də təyinatı göstərilməyən (ödəniş sənədlərində ödənilən vəsaitin MDSSH üzrə borcun əsas məbləğinin, maliyyə sanksiyaları (o cümlədən penya) üzrə borcun və ya cari öhdəliklərin ödənilməsinə aid olması konkret göstərilmədikdə) ödəniş sənədləri üzrə daxil olan vəsaitlərin borcların ödənilməsinə aid edilməsi növbəliliyi müəyyən edilib, həmin növbəliliyə əsasən ilk növbədə ödənişi bir ildən çox olmamaqla gecikdirilən borcların, sonra bir ildən çox olmamaqla hesablanmış penya və maliyyə sanksiyalarının, sonra cari hesabat dövrünün birinci və ikinci ayları üzrə yaranan öhdəliklərin, sonra cari hesabat dövrünün üçüncü ayı üzrə yaranan öhdəliklərin və sonda digər borcların ödənilməsi nəzərdə tutulub. Başqa sözlə, ilk növbədə borcun əsas məbləği ödənilməlidir və bu əsasdan da əsas borc üzrə ödənilmiş məbləğ daha böyük olmalıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilən qanun 2018-ci ilin ilk 6 ayı ərzində cəmi 3 ay müddətində qüvvədə olub və ilin sonuna debitor borcların aradan qaldırılması istiqamətində daha nəzərəçarpan nəticələrin əldə ediləcəyini ehtimal etmək olar”, - deyə rəydə vurğulanıb.

01.01.2018-ci il və 01.07.2018-ci il tarixlərə Fondun mənbələr üzrə debitor borclarının məbləği

Rəydə o da qeyd edilib ki, 01.07.2018-ci il tarixə Fondun debitor borclarının 25 492,9 min manatı (24 469,6 min manat (96%) borcun əsas məbləği, 1 005,5 min manat (3,9%) penya və maliyyə sanksiyaları, 17,8 min manat (0,1%)) digər borclar) və ya Fondun ümumi debitor borclarının 8,3%-i büdcə təşkilatları üzrə formalaşıb, həmin borcların məbləği ilin əvvəlinə nisbətən 11 114 min manat və ya 77,3% artıb, təqdim edilmiş məlumatlara əsasən borclar, əsas etibarilə, cari ödəmələr üzrə formalaşıb. 01.07.2018-ci il tarixə borcların 124 994,2 min manatı (118 622,1 min manat (94,9%) borcun əsas məbləği, 6317,0 min manat (5,1%) penya və maliyyə sanksiyaları, 55,10 min manat digər borclar) və ya 40,8%-i dövlət mülkiyyətində olan qeyri-büdcə təşkilatları üzrə formalaşıb ki, bu da ilin əvvəlinə olan 179 512,5 min manat (136 094,5 min manat (75,8%) borcun əsas məbləği, 43 389,6 min manat (24,2%) penya və maliyyə sanksiyaları, 28,4 min manat digər borclar) borc məbləğindən 54 518,3 min manat azdır və ya həmin göstəricinin 69,6%-i qədərdir: “Göründüyü kimi, qeyd edilən sığortaedənlər üzrə borc ilin əvvəlinə nisbətən 54 518,3 min manat və ya təxminən borcun üçdə biri qədər azalıb, azalma, əsas etibarilə, penya və maliyyə sanksiyaları üzrə olub”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257