SIĞORTA

Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar 23% artıb
31 OKTYABR
182

Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar 23% artıb

2018-10-31 10:56:00

2018-ci ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 23 mln. 506,9 min manat təşkil edib.

Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalarda 4 mln. 427,4 min manat və ya 23,21% artım müşahidə edilib.

Sığorta ödənişlərinə gəlincə, bu ilin yanvar-sentyabr aylarında bu göstərici 2 mln. 912,7 min manat olub ki, bu ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 559,2 min manat və ya 23,76% çoxdur.

Ümumilikdə bu ilin 9 ayında daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər daxilolmaların 12,39%-ni təşkil edib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə sığorta haqlarının həcmi 224,5 min manat, ödənişləri 72,6 min manat təşkil edib. Bu, bir il əvvəl ilə müqayisədə müvafiq olaraq 6,85% və 3,2 dəfə çoxdur. 

 Eləcə də bax:Sorğuların nəticələri açıqlandı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258