SIĞORTA

Azərbaycanın sığorta bazarında konsentrasiya zəifləyib
31 OKTYABR
135

Azərbaycanın sığorta bazarında konsentrasiya zəifləyib

2018-10-31 10:04:00

Azərbaycanda toplanılan sığorta haqlarının məbləğinə görə ilk 5-liyə daxil olan sığorta şirkətlərinin bazar payı bu ilin III rübündə azalıb.

Fins.az-ın məlumatına görə, Report Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, söhbət “PAŞA Sığorta”, PAŞA Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Atəşgah Həyat Sığorta” ASC-lərdən, eləcə də Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən (“Azərsığorta”) gedir. Adları çəkilən şirkətlərin bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 426,6 mln. manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 75,1%-i deməkdir.

Bu nisbət yanvar-iyun aylarının yekununda 78,4%, yanvar-mart aylarının yekununda 76,2%, ötən ilin yekununda 66,7%, 1 il bundan əvvəl, yəni 2017-ci ilin yanvar-sentyabr aylarının yekununda isə 68,25% təşkil edib. Göründüyü kimi, ötən ilin IV rübündə sığorta bazarında təmərküzləşmə zəifləsə də, bu ilin I və II rüblərində yeni güclənib. III rübdə isə vəziyyət dəyişib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250