SIĞORTA

“PAŞA Həyat”ın Gəncə filialının rəhbəri sıravi işçi oldu
30 OKTYABR
1606

“PAŞA Həyat”ın Gəncə filialının rəhbəri sıravi işçi oldu

2018-10-30 16:17:00

Azərbaycanın həyat sığortası bazarının ən iri şirkətlərindən olan “PAŞA Həyat” sığorta şirkəti Gəncə filialının rəhbəri vəzifəsini ləğv edib. Belə ki, şirkət rəhəbərliyi tərəfindən bu vəzifəni icra edən Samir İsgəndərovla bağlı müvafiq əmr imzalanıb.
 
Fins.az xəbər verir ki, şirkət rəhbərliyinin yeni əmri ilə Gəncə (Qərb) filialının müdiri vəzifəsində çalışmış S.İsgəndərovun vəzifəsi aşağı salınıb və digər bir qərarla ümumiyyətlə bu vəzifə ləğv edilib.
 
S.İsgəndərov artıq bundan sonra rəhbər vəzifədə deyil, sıravi işçi olaraq - korporativ sığorta şöbəsinin baş meneceri kimi çalışacaq. “PAŞA Həyat” bu dəyişikliklə bağlı FED.az saytı tərəfindən göndərilən sorğunu cavablandırıb. Sorğuda deyilir: “İlk öncə sorğunuz üçün təşəkkür edirik! Bildirmək istəyirik ki, məlumat daxili struktura və daxili prosedura aid olduğundan xəbər mövzusu kimi açıqlamaya ehtiyac duyulmur”.
  
Xatırladaq ki, "PAŞA Holding" şirkətlər qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. FED.az
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250