SIĞORTA

A-Qroup birinci yerdədir (ASA)
23 OKTYABR
413

A-Qroup birinci yerdədir (ASA)

2018-10-23 17:26:00

Azərbaycan Sığortaçılar Assosasiyasının rəsmi səhifəsində (www.asa.az) ilk dəfə müştərilərə göstərilən xidmətin keyfiyyətinə görə sığorta şirkətlərinin reytinqi məlumatı yerləşdirildi. Reytinq Assosasiyaya sığortalıların daxil olmuş rəyləri əsasında tərtib edilmişdir.Reytinq cədvəlinə 22 sığorta şirkəti daxil olmuşdur.

Müştəriyönümlülüyə görə birinci yeri A-Qroup Sığorta Şirkəti qazanmışdır.

Müştərilərin marağı həmişə A-Qroup-un diqqət mərkəzində olub, 23 il ərzində öz sığortalılarının qeydinə qalır və onlara dünya standartlarına cavab verən yüksək ixtisaslı xidmət göstərir.

A-Qroup Sığorta Şirkəti öz xidmətlərində həssaslıq və diqqət göstərərək rahat istifadə şəraiti yaradaraq, yüksək keyfiyyətli xidmət göstərdiyinə əmindir.

A-Qroup müntəzəm olaraq Sığortalılarının məmnuniyyət səviyyəsini tədqiq edir. Əldə edilən məlumatlar A-Qroup-u ən qabaqcıl sığorta şirkəti etmək üçün ona kömək edir.

Diqqətlə yanaşma, sığortalılara olan sevgi, həssaslıq və yüksəktexnologiyalılıq- Assosasiyanın saytında müştərilər tərəfindən əsas müsbət cəhətlər kimiqeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250