SIĞORTA

İşsizlikdən sığorta fondunun büdcəsi açıqlanıb
23 OKTYABR
172

İşsizlikdən sığorta fondunun büdcəsi açıqlanıb

2018-10-23 13:58:00

Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Qanuna əsasən, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 040 000,0 manat, xərcləri 89 040 000,0 manat məbləğində təsdiq edilir.

Müəyyən edilir ki, 2018-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

Gəlirlərin mənbələri

 

Gəlirlərin mənbələri

Məbləğ (manatla)

1.

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi

o cümlədən:

89 020 000,0

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

17 726 212,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

17 726 212,0

1.3.

digər sığortaedənlər

53 567 576,0

2.

Sair gəlirlər

20 000,0

Müəyyən edilir ki, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

Xərclərin istiqamətləri

 

Məbləğ (manatla)

1.

İşsizliyə görə sığorta ödənişləri

33 478 000,0

2.

Peşə hazırlığı və əlavə təhsilin təşkili

1 613 000,0

3.

Peşə yönümünə dair məsləhət xidmətlərinin

göstərilməsi

1 150 000,0

4.

Əmək yarmarkalarının, əmək birjalarının təşkili

120 000,0

5.

Haqqı ödənilən ictimai işlərin təşkili

1 788 000,0

6.

Özünüməşğulluq tədbirlərinin təşkili

35 802 000,0

7.

Sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi

1 380 000,0

8.

Məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri

13 709 000,0

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250