SIĞORTA

"İpək Yolu Sığorta"nın xalis mənfəəti 31% azalıb RENKİNQ
22 OKTYABR
208

"İpək Yolu Sığorta"nın xalis mənfəəti 31% azalıb RENKİNQ

2018-10-22 14:54:00

"İpək Yolu Sığorta” ASC bu ilin yanvar-sentyabr aylarını 1 milyon 639 min 827,97 min manat mənfəətlə başa vurub.

Fins.az şirkətin maliyyə hesabatına istinadən xəbər veirr ki, bu, ötən ilin eyni dövrünə nisbətən 31% azdır.

9 ay ərzində “İpək Yolu Sığorta”nın gəlirləri 17 milyon 131 min manat, xərcləri isə 15 milyon 491 min manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 39,051 milyon manat olub ki, bu da illik müqayisədə 10,7% azdır. Son 1 ildə şirkətin öhdəlikləri 1,1% azalaraq 16,779 milyon manata düşüb, balans kapitalı isə isə 16,8% azalaraq 22,272 milyon manata düşüb.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254