SIĞORTA

Sığortaçının rəhbərlərinə qoyulan tələblər MADDƏ 12
21 OKTYABR
366

Sığortaçının rəhbərlərinə qoyulan tələblər MADDƏ 12

2018-10-21 08:30:00

Bu Qanun Azərbaycan Respublikasında sığorta sisteminin inkişafının, sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin fəaliyyətinin əsas istiqamətlərini və prinsiplərini, habelə sığorta sahəsində tənzimləmə və nəzarətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bu Qanun sosial sığorta münasibətlərinə şamil edilmir.

MADDƏ 12 1. Sığortaçının rəhbərləri aşağıdakı tələblərə cavab verməlidirlər:

1.1. Ali iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilin və sığorta əməliyyatlarının aparılması ilə əlaqədar sığorta sahəsində azı iki il iş təcrübəsinin, yaxud bu şərtlərdən asılı olmayaraq, ali təhsilin və belə sahədə azı dörd il iş təcrübəsinin olması;

1.2. mülkiyyətə qarşı cinayətlər, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkumluğun olmaması.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250