SIĞORTA

Sığortaçının təşkilati strukturu MADDƏ 11
20 OKTYABR
204

Sığortaçının təşkilati strukturu MADDƏ 11

2018-10-20 08:30:00

Bu Qanun Azərbaycan Respublikasında sığorta sisteminin inkişafının, sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin fəaliyyətinin əsas istiqamətlərini və prinsiplərini, habelə sığorta sahəsində tənzimləmə və nəzarətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bu Qanun sosial sığorta münasibətlərinə şamil edilmir.

Maddə 11. Sığortaçının təşkilati strukturu

1. Sığortaçının idarəetmə və daxili nəzarət strukturu qanunvericiliyə uyğun olaraq onun nizamnaməsi ilə müəyyən edilir.

2. Sığortaçının Azərbaycan Respublikasında və xarici ölkələrdə filialları, şöbələri və nümayəndəlikləri müvafiq icra hakimiyyəti orqanına məlumat verməklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada açıla bilər.

3. Filiallar, şöbələr və nümayəndəliklər sığortaçının təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət göstərirlər.

4. Filialların, şöbələrin və nümayəndəliklərin rəhbərləri sığortaçı tərəfindən təyin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258