SIĞORTA

"Standard İnsurance" şəhər və rayonlarda treninq təşkil edib
17 OKTYABR
289

"Standard İnsurance" şəhər və rayonlarda treninq təşkil edib

2018-10-17 17:53:00

Müştəri məmnuniyyəti amilini formalaşdıran və ona ən çox təsir edən göstərici xidmət keyfiyyətidir. Elə bu səbəbdən fəaliyyətinin bütün dövrlərində daim müştəri məmnuniyyətini qazanan, müştərilərinə keyfiyyətli xidmət göstərən ASC ”Standard İnsurance” Sığorta Şirkəti sığorta məhsularından yararlanan vətəndaşlara daha  yaxın olmaq məqsədi ilə Könüllü Sığorta növlərinin ölkəmizin bütün regionlarında geniş şəkildə təbliği ilə bağlı bir sıra marifləndirmə, təşviqat tədbirlərinin həyata keçirməsinə davamlı olaraq, uğurla nail olmuşdur.

Bu tədbirlərin davamı olaraq Quba nümayəndəliyinin, eləcə də nümayəndəlik üzrə sığorta məhsullarının satışını həyata keçirən ətraf Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının satış nöqtələrinin əməkdaşlarının iştirakı ilə mariflənirmə treninq-seminarları təşkil eilmişdir. Respublikamızın digər şəhər və rayonlarında olduğu kimi treninqin əsas məqsədi Könüllü Sığorta növlərinin regionda daha geniş şəkildə tanınmasına nail olmaq, bu istiqamətdə strategiya və hədəflərin düzgün seçilməsində, Quba və ətraf rayonların satış nöqtələrinin əməkdaşlarının göstərdiyi xidmət səviyyəsinin artırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi olmuşdur.

ASC ”Standard İnsurance” Sığorta Şirkətinin İadarə Heyətinin Sədri, şirkətin Biznesin İnkişafı departamentinin, Anderaytinq və Təkrarsığorta departamentinin direktorlarının iştirak etdiyi treninqdə “Fərdi qəza sığortası”, “Standard kasko”, “50/50 kasko”, “Tam məhv olma” və s. kimi bir neçə könüllü sığorta növləri üzrə məhsullar müzakirə olunmuş, bu məhsulların satışı ilə bağlı rəhbərliyin təklif və tövsiyyələri dinlənilmiş, iştirakçıların sualları cavablandırılmışdır. Treninqin sonunda Quba nümayəndəliyinin bir neçə əməkdaşı fəaliyyətlərində göstərdiyi keyfiyyətli xidmətlərə və ASC ”Standard İnsurance” Sığorta Şirkətini layiqincə təmsil etdiyinə görə təşəkkürnamələrlə təltif edilmişdir.

Ümumilikdə ASC”Standard İnsurance” Sığorta Şirkəti Könüllü Sığorta növlərinin bazar payını artırılmasını hədəfləyir, buna görə də bu istiqamətdə mütamadi Könüllü Sığorta növlərinin treninq-seminarlarının təşkili ənənəsini davam etdirməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250