SIĞORTA

Sığorta şirkətləri maliyyə hesabatlarını açıqlamır
15 OKTYABR
512

Sığorta şirkətləri maliyyə hesabatlarını açıqlamır

2018-10-15 12:35:00

Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 12-i bu ilin I yarısının yekunlarına dair maliyyə hesabatını açıqlamayıb.

Fins.az xəbər verir ki, həmin şirkətlər “A-Qrup Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Azərbaycan Səneya Sığorta”, “Azsığorta”, “Xalq Sığorta”,“Qala Həyat Sığorta”, “Qala Sığorta”, “Naxçıvan Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” ASC-lər, eləcə də Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”). Bu barədə Report yazıb. 

Xatırladaq ki, bunlardan “Naxçıvan Sığorta” həm də 2017-ci ilin yekunlarına dair maliyyə hesabatı verməyib.  Qalan 9 sığorta şirkəti – “AXA Mbask”, “Amrah Sığorta”, “Ata Sığorta”, “Bakı Sığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta”, “Rəvan Sığorta” və “Standard Insurance” ASC-lər isə 2018-ci ilin yanvar-iyun aylarının yekunları barədə ictimaiyyəti məlumatlandırıb. Bunlardan 4-ü yarımili mənfəətlə, 5-i isə zərərlə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258