SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkətinin tələbələrlə növbəti görüşü
15 OKTYABR
373

ASC “Standard İnsurance” Sığorta Şirkətinin tələbələrlə növbəti görüşü

2018-10-15 10:57:00

ASC “Standard İnsurance” Sığorta Şirkətinin təşəbbüsü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılğı ilə 11 oktyabr 2018-ci il tarixində tələbələrlə görüş keçirilib.

Fins.az xəbər verir ki, "Standard İnsurance" SŞ-nin “Karyerada ilk addımlar” adlı tələbə təcrübə proqramı çərçivəsində baş tutan görüşdə Şirkət rəhbəri Anar Sadıxovla birlikdə şirkətin rəhbər heyəti, ASA-nın sədr müavini Vüqar Əliyev, MBNP-nın əməkdaşı Anar İslamov, MBNP-nın təlim mərkəzinin əməkdaşı Aydan Xankişiyeva, Asprof şirkətinin direktoru Cahid Qurbanov və əməkdaşları iştirak etmişdir. Görüşdə ADNSU və “Standard İnsurance” SŞ-nin əməkdaşlıq perspektivlərindən və tələbərin gələcək kariyeralarında uğurlu addımların atılması məsələlərindən bəhs edilmişdir. Sığorta bazarında yeni nəsil sığortaçılara ehtiyac olduğu vurğulanmış, sığorta sahəsində olan inkişaf barəsində tələbələrə geniş məluamt verilmişdir. Həmçinin tədbir zamanı ASC “Standard İnsurance” SŞ barəsində hazırlanmış videoçarx nümayiş olunmuşdur. Sonda tələbə təcrübə proqramı çərçivəsində “Standard İnsurance” SŞ-nin təşəbbüsü ilə belə görüşlərin mütəmadi xarakter daşıyacağı qeyd edilmişdir. Tədbir tələbələr tərəfindən maraqla qarşılanmış və onları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258