SIĞORTA

Sığorta bazarına 40-60 milyon manat əlavə sığorta haqqı
11 OKTYABR
396

Sığorta bazarına 40-60 milyon manat əlavə sığorta haqqı

2018-10-11 10:03:00

Əməkdaşlıq memorandumunun bağlanması sığorta bazarına təxminən 40-60 milyon manat əlavə sığorta haqqı gətirəcək.

Fins.az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) mətbuat xidmətindən bildiriblər ki, bunu birliyin sədri Mustafa Abbasbəyli Azərbaycan Sığortaçılar Assosiasiyasının ümumi yığıncağında deyib.

Birliyin rəhbəri 2018-ci ilin 3-cü rübü üzrə görülən işlər, həyata keçirilən layihələr və əldə edilən nəticələrin geniş təqdimatını edib. Mustafa Abbasbəyli birliyin təşəbbüsü və böyük əməyi nəticəsində sentyabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “Paşa Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Qala Həyat Sığorta” arasında imzalanmış əməkdaşlıq memorandumunu xüsusi olaraq vurğulayıb. Memorandumun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi və icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini, əməkdaşlıq memorandumunun bağlanmasının sığorta bazarına təxminən 40-60 milyon manat əlavə sığorta haqqı gətirəcəyini bildirib.

Eləcə də bax:“...275 manat qənaət etdim, 42 min manat itirdim"

Daha sonra birlik nəzdində fəaliyyət göstərən hüquq, həyat, qeyri-həyat və vasitəçilər komitəsinin fəaliyyəti barədə danışıb, onlar tərəfindən görülən işləri yüksək dəyərləndirib. Bununla yanaşı, monitorinq qrupunun fəaliyyətə başlamasının sığorta bazarındakı qanunsuz endirim və normadan yüksək komisyon haqlarına təsirindən bəhs edib.

Görüşün növbəti müzakirə mövzusu birliyin üzvlük haqlarının yeni yanaşma əsasında toplanması məsələsi olub. Müşahidə Şurasının razılığı əsasında ümumi yığıncağa təqdim olunan yeni yanaşma iclas iştirakçılarının səsverməsi əsasında qəbul edilib.

AZƏRTAC-

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256