SIĞORTA

"Sığorta şirkətlərində keyfiyyət problemləri var"
10 OKTYABR
475

"Sığorta şirkətlərində keyfiyyət problemləri var"

2018-10-10 15:48:00

"Təmir müəsssində avtomobili yaxşı təmir etməyəndə insanlar sığorta şirkətlərindən haqsız olaraq narazı qalırlar" bunu Fins.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Mustafa Abbasbəyli deyib. 

Onun sözlərinə görə, Azərbaycanda sığortaya Avropa ölkələrindəki kimi önəm verilməməsinin iki səbəbi var. 

"Bu sual bazarın ən ağırlı problemidir. Bir çox səbəbləri var. Birncisi: təfəkkürdə olan köhnə sığorta sistemidir. İnsanlar sığortaya formal olaraq baxırlar. İkincisi: Sığorta elə bir sahədir ki, bu gün bəzi hallarda şirkətlərdən asılı olmur. Məsələn bankın müştəriyə göstərilən xidmətin 99% bankdan asıldır. Amma sığorta şirkətinin müştəriyə göstərdiyi xidmətin bəlkə də 40% şirkətdən asılıdr. Qalan 60% isə Dövlət Yol Polisindən, FHN-dən, tibb, təmir və.s müəssələrindən asıldır. Yəni DYP-da sürücü arayışı 1 günə deyil 5 günə alırsa günahkar sığorta şirkəti hesab olunur. Xəstəxanada tibbi müalicəni keyfiyyətsiz edəndə bu sığorta şirkətinin görsətdiyi xidmətə yamsıyır. Təmir müəsssində avtomobili yaxşı təmir etməyəndə insanlar sığorta şirkətlərindən haqsız olaraq narazı qalırlar. Amma etiraf etmək lazımdır ki, sığorta şirkətlərində də müəyyən qədər xidmət keyfiyyətində problemləri var. Bu problem hər ildən ilə azalmağa doğru gedir və biz inkişafı görürük". 

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259