SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkəti MBNP və ASA ilə birlikdə tələbə təcrübə proqramını davam etdirir
10 OKTYABR
474

ASC “Standard İnsurance” Sığorta Şirkəti MBNP və ASA ilə birlikdə tələbə təcrübə proqramını davam etdirir

2018-10-10 10:49:00

Ölkənin aparıcı və etibarlı sığorta şirkətlərindən olan ASC “Standard Insurance” Sığorta Şirkəti “Kariyerada ilk addımlar” adı altında tələbə təcrübə proqramını davam etdirməkdədir.

Layihə çərçivəsində 05 oktyabr 2018-ci il tarixində ASC “Standard İnsurance” Sığorta Şirkətinin və “Bakı Biznes Universiteti”nin birgə təşkilatçılığı ilə görüş keçirilmiş, həmin görüşdə BBU-nun rektoru professor İbad Abbasov, ASC “Standard İnsurance” Sığorta Şirkətinin rəhbərliyi və o cümlədən aparıcı heyəti, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmisi Firdovsi Ağaşirinov, AzProf şirkətinin direktoru Cahid Qurbanov və universitetin tələbə-müəllim heyəti də iştirak etmişdir. “Kariyerada ilk addımlar” layihəsi tələbələrə 4 ay müddətində Şirkətin müxtəlif departamentlərində, həmçinin bölgələr üzrə nümayəndəliklərində sığorta sahəsində geniş məlumat əldə etmək, şirkətin peşəkar sığorta mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirak etmək imkanı yaradır. Layihənin əsas məqsədi tələbələrin sığorta sahəsində bilik və bacarıqlarını artırmaq və əldə etdikləri nəzəri bilikləri şirkətdə praktiki təcrübə keçərək, gələcək karyeralarında uğur qazanmalarına köməklik göstərməkdir. Qeyd edək ki, 2002-ci ildən etibarən fəaliyyət göstərən ASC “Standard İnsurance” Sığorta Şirkəti Azərbaycanın ən sürətli inkişaf edən sığorta şirkətlərindən biridir və ölkənin müxtəlif bölgələrini əhatə edən geniş xidmət şəbəkəsinə malikdir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256