SIĞORTA

Vətəndaşa dəyən ziyanı, risk kimi sığortaya ötürülür
09 OKTYABR
198

Vətəndaşa dəyən ziyanı, risk kimi sığortaya ötürülür

2018-10-09 12:29:00

Ölkəmizin turist axınlı bölgələrindən olan Qəbələdə dünən bir fərdi evdə yanğın hadisəsi baş verdi. 1 nəfər turistin öldüyü qeyd olunurdu.

Fins.az xəbər verir ki, ölkəmizdə əmlak sığortası icbaridir. Yəni qanunla ölkədəki bütün əmlaklar məcburi sığortaya cəlb edilməlidir. Lakin praktikada görünən odur ki, hazırda əmlak sığortası yalnız alğı-satqi zamanı sığorta olunur. Bu isə qanunvericiliyin tələbidir. Sığorta eksperti İlkin İbrahimov deyir ki, əslində dövlət vətəndaşa dəyən ziyanı, risk kimi sığortaya ötürür. Burada isə vətəndaş 30 manat pul verməklə sığorta hadisəsi zaman(yanğın, təbii fəlakət) 15 min manat pul kompensasiyası qazana bilərdi. Ən azı böyük ziyanının bir hissəsini sığortadan ala bilərdi. 

Digər tərəfdən səyahət sığortasının olması hər hansı turistin onun başına gələ biləcək xoşagəlməz hallardan sığortalanmanı özündə əks etdirir. Bir sıra ölkələrdə səyahət sığortası məcburidir. Lakin ölkəmizdə hələ ki bu sığota məcburi sayılmır. Səyahət sığortanızın olması başa gələcək xəstəlik, hər hansı xəsarət və eləcə də ölüm halında tabutun ölkəyə gətirilməsi xərclərini qarşılayır. Yəni təxmini 7 gün üçün sığorta şirkətləri 7-15 azn sığorta haqqı almaqla 30-50 min azn dək səyahət sığortası təminatı ala bilərsiniz.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259