SIĞORTA

Sığorta agenti fəaliyyətinə müddətsiz LİSENZİYA
08 OKTYABR
414

Sığorta agenti fəaliyyətinə müddətsiz LİSENZİYA

2018-10-08 17:02:00

“Sığorta fəaliyyəti haqqında” qanunun 86.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə 1 hüquqi şəxsə və 62 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

Fins.az xəbər verir ki,Ş Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256