SIĞORTA

Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sahəsində mühüm qanun tərtib etməlidir
08 OKTYABR
1230

Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sahəsində mühüm qanun tərtib etməlidir

2018-10-08 13:19:00
Ötən həftə prezident Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsində müsbətə doğru addım ataraq qurumun fəaliyyətsiz hissəsini ləğv etdi və işlək olan İdarə heyətinə müstəsna səlahiyyətlər verdi.
 
Fins.az xəbər verir ki, sığorta ekspeti İlkin İbrahimov bildirib ki, 2 ildir fəaliyyət göstərən MNBP sığorta sahəsində qanun qüvvəli akt tərtib etmədilər.
 
"Şikayətçi axınının qarşısında aciz qaldılar. Əvvəllər yaxşı pis 1 ay müddətinə məktublara cavab verilirdisə son aylarda məktublara cavab yazmaq belə onlar üçün çətin olmuşdu. Sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxalərin reyestrindəki şəxsləri sadəcə olaraq qeydiyyata alma kimi göstərilmişdir. Halbuki dəfələrlə bu quruma müraciət etmişdim ki, "sığorta ekspertlərinin" komissiyası yaradılsın və sığorta ilə bağlı problemlər tərəf olan ictimai birliklərdə deyil məhz MNBP nin tərkibində yaradılan müstəqil ekspertlər tərəfindən hüquqi qiymətin verilsin. Hazırda sürətlə yığımları artan sığorta sektorunda problemlərdən şikayətin daha tez harada həll olunması müzakirə mövzusudur. Açığı bununla bağlı həm mətbuatda, həm də birbaşa Palataya məktublar ünvanlamışam. Hər dəfə sadəcə qeydiyyat xətrinə zəng edib, təkliflərimin dəyərli olmasını və nəzərə alınacağını bildirmişlər. Hazırda Palatada ciddi dəyişikliklər gözlənilir. Ən azı bölgələrdə filial və nümayəndəliklərin açılması müsbətə doğru addımdır. Gözləyək gələcək fəaliyyətləri" 
 
Müəllif: Tuncay Türbəndəzadə
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256