SIĞORTA

Sığortaçılar top qovacaq - PÜŞK ATILDI
05 OKTYABR
601

Sığortaçılar top qovacaq - PÜŞK ATILDI

2018-10-05 16:52:00

05.10.2018 –ci il tarixində  Bakı, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sığortaçılar liqası” üzrə futbol çempionatının püşkatma mərasimi baş tutub.

Fins.az xəbər verir ki, püşkatma mərasiminə ASA-nın sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri, həmçinin, iştirakçı şirkətlərin komanda kapitanları qatılıb. Püşkatmanın nəticəsi belədir:

A Qrupunda – AtaSığorta, Meqa Sığorta, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu və Xalq Sığorta şirkətinin komandaları, B Qrupunda – Paşa Həyat Sığorta, Paşa Sığorta, Atəşgah Sığorta, AzSığorta və Qala Həyat Sığorta şirkətinin komandaları mübarizə aparacaq. Qrup oyunları nəticəsində hər qrupun 1 və 2-ci müəyyən olunur, daha sonra onlar arasında keçirilən oyunlar çempionatın qalibini müəyyən edəcək.

“Sığortaçılar liqası” üzrə futbol çempionatının ilk oyunları B Qrupu üzrə “Paşa Həyat – Atəşgah Sığorta” və “Paşa Sığorta – AzSığorta” komandaları arasında 6 oktyabrda baş tutacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260