SIĞORTA

“AtaSığorta” 8 ayda 15 milyon manata yaxın pul yığıb
26 SENTYABR
354

“AtaSığorta” 8 ayda 15 milyon manata yaxın pul yığıb

2018-09-26 10:49:00

“AtaSığorta” ASC-nin 2018-ci il üzrə 8 aylıq hesabatı

Fins.az-ın məlumatına görə, 2018-ci ilin səkkiz ayı üzrə sığorta yığımları 14 715 203 manat, sığorta ödənişləri isə 5 925 815 manat təşkil edir. Bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilmişdir. Bununla da, “AtaSığorta” ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirmişdir.

Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran “AtaSığorta” ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260