SIĞORTA

Maaşlarından kəsib sığortaya qoyurlar
25 SENTYABR
1110

Maaşlarından kəsib sığortaya qoyurlar

2018-09-25 15:20:00

Azərbaycanda həyatın yaşam sığortasına pul yatıranlar artıb. 

Fins.az xəbər verir ki, 2018-ci ilin ilk 8 ayında həyatın yaşam üzrə sığortası üzrə  sığorta yığımları 174 mln 620 min manat, ödənişlər isə 72 mln 478 min manat olub. Xatırladaq ki, 2017-ci ildə isə həyatın yaşam üzrə sığortası üzrə  sığorta yığımları 89 mln 398 min manat, ödənişlər isə 75 mln 518 min manat olub. Bu barədə FED.az yazıb. Başqa sözlə bu il həyatın yaşam üzrə sığortası üzrə yığımlar bu il ötən ilə nisbətən 1,95 dəfə artıb, sığorta ödənişləri isə 4,02% azalıb. Yığımların bu qədər artması həyatın yaşam sığortasına tələbin artdığını göstərir.

Belə ki,  əgər bu il hər yığılan 100 manata görə 42 manat ödəniş edilibsə , ötən il hər toplanan 100 manata 84 manat ödəniş edilib.

Xatırladaq ki, həyatın yaşam sığortası fərdi şəxslərin əmək haqqının bir hissəsi müqabilində sığorta yığımlarının edilməsini nəzərdə tutur. Ölkə qanunvericiliyinə əsasən, bu məqsədlə ödənilən pullar vergidən və sosial ödənişlərdən azaddır. Qənaət edilmiş vergi və sosial sığorta ödənişləri də sığorta məbləğinin üzərinə əlavə edilir. Nəticədə müddətin sonunda müştəri bu məqsədlə yatırdığından təqribən 40% artıq qazanc əldə edir.

Həyatın yaşam sığortası üzrə müqavilələr azı 3 illik müddətində. Özü də əmək müqaviləsi ilə çalışanlarla bağlanılır. Bu müddət ərzində iş yerini dəyişərkən müqavilənin pozulması riski olduğuna görə, bir qayda olaraq müştərilər həmin müddətdə işlərini dəyişmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256