SIĞORTA

"Sığorta bazarında təklif olunan xidmətlər azdır" - Eks-maliyyə naziri
19 SENTYABR
328

"Sığorta bazarında təklif olunan xidmətlər azdır" - Eks-maliyyə naziri

2018-09-19 18:05:00

"Qanunvericilkdə aparılan islahatlar, xüsusilə icbari sığorta sahəsində yeni mexanizmlər sığorta bazarında atrımı təmin etmiş oldu".

Fins.az-ın məlumatına görə, bunu iqtisad elmləri doktoru, Azərbaycanın keşmiş maliyyə naziri Əvəz Ələkbərov "Xalq Qəzeti"ndə dərc olunan məqaləsində deyib. Keçmiş nazir Azərbaycanın sığorta sektoru ilə bağlı bunları deyib.

"Ölkəmiz müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın bütün sahələrində olduğu kimi, maliyyə sahəsinin və onun tərkibində əhəmiyyətli yerlərdən birini tutan və maliyyə tənzimlənməsi aləti kimi çıxış edən sığorta sektorunun yenidən formalaşdırılması prosesi başlandı.

Qeyd edək ki, son on il ərzində sığorta bazarının həcmi 3,8 dəfə artaraq 556,9 milyon manata, bağlanılan müqavilələrin sayı isə 6 dəfə rataraq 1,2 milyona çatmışdır. Eyni zamanda, sığorta ödənişləri təxminən 3,3 dəfə artaraq 257,1 milyon manat səviyyəsinə çatmışdır. Qeyd olunan müddət ərzində sığortaçıların ümumi kapitalının həcmi 20 dəfə artaraq 343,44 milyon manat olmuşdur. Sığorta haqlarının hazırda adambaşına düşən həcmi isə 50 manata yaxın olmuşdur.

Sığorta bazarının əhəmiyyətli makroiqtisadi göstəricisi yığılan ümumi sığorta haqlarının ölkənin Ümumi Daxili Məhsulunda xüsusi çəkisidir ki, bu sahədə də inkişaf dinamikasını görürük – son 6 il ərzində bu rəqəm 0,4 faizdən 0,8 faizə yüksəlmişdir.

Azərbaycan sığorta bazarının mövcud vəziyyəti onu xarakterizə edən müəyyən göstəricilərin köməyilə dəyərləndirilə bilər. Ən mühüm kəmiyyət göstəricisi sığorta şirkətlərinin sayıdır. Bu gün Azərbaycan sığorta bazarı onların sayının azalması ilə xarakterizə olunur. Sığorta bazarının vəziyyətini xarakterizə edən növbəti göstərici sığorta şirkətlərinin ümumi aktivlərinin ölçüsüdür. Bu göstəriciyə görə Azərbaycan sığorta bazarı son dərəcə müxtəlifdir. İnkişaf etmiş sığorta bazarına malik ölkələrdə vəziyyəti təhlil edərək sığorta bazarının həcmi barədə daha aydın təsəvvürə malik olmaq olar. Məsələn, ABŞ üçün orta sığorta haqqı adambaşına 2000 dollar, İsveçrə üçün 3000, Yaponiyaya 4500, Rusiya üçün 40 dollar, ölkəmiz üçün isə 25 dollardır. Bu gün bütün milli sığorta şirkətlərinin ümumi kapitalının həcmi ABŞ-ın bir və ya iki səhmdar sığorta şirkəti ilə eyni göstəriciyə bərabərdir". Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259