SIĞORTA

Tibb işçiləri arasında keçirilən sorğuların nəticələri açıqlandı
19 SENTYABR
244

Tibb işçiləri arasında keçirilən sorğuların nəticələri açıqlandı

2018-09-19 12:16:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik)pilot tibb müəssisələrində- Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında çalışanorta tibb işçiləri arasında keçirilmiş “Tibb işçilərinin işdən məmnunluğunun və icbari tibbi sığorta sisteminin tətbiqinə münasibətinin öyrənilməsinə dair sorğunun”nəticələri əsasında hazırlanan hesabatları ictimaiyyətə təqdim edib.

Fins.az-ın məlumatına görə, sorğularda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından (Mingəçevir ŞMX) 277, Yevlax rayon Mərkəzi Xəstəxanasından (Yevlax RMX)202 nəfər orta tibb işçisi iştirak edib. Hesabatda göstərilir ki, 2016-cı ildə Mingəçevir ŞMX-da çalışan orta tibb işçilərinin94.6%-i, Yevlax RMX-da isə 93.6%-i 105-250 manat həcmində məvacib alıb. 2017-сi ildən etibarən icbari tibbi sığortanın (İTS) tətbiqindən sonra Mingəçevir ŞMX və Yevlax RMX-da fəaliyyət göstərən orta tibb işçilərinin əmək haqlarına sabit əlavələr edilmişdir.

Bunun nəticəsində Mingəçevir ŞMX-da çalışan orta tibb işçilərinin68%-nin, Yevlax RMX-da isə 30%-nin məvacibi 251-450 manat olub. Aldıqları məvacibdən məmnunluqsəviyyəsinə gəldikdə Mingəçevir ŞMX üzrə bu göstərici 60%, Yevlax RMX üzrə isə 74.2% qeydə alınıb. Sorğuların nəticələrindən məlum olmuşdur ki,Mingəçevir ŞMX-da aparılmış islahatlardan orta tibb işçilərinin 78%-i, Yevlax RMX-da aparılmış islahatlardan83.6%-i,vətəndaş kimi İTS-nin tətbiqindən Mingəçevir ŞMX-da 83.8%-i,Yevlax RMX-da89.1%-i, iş yerinin texniki təchizatından Mingəçevir ŞMX-da 66.4%-i, Yevlax RMX-da isə77.3%-i razıdır. Mingəçevir ŞMX və Yevlax RMX-da çalışan orta tibb işçilərinin əksəriyyəti İTS-nin tətbiqinin onların çalışdıqları tibb müəssisəsinəmüsbət təsir etdiyini bildirib. Onlar tibb müəssisələrinin müvafiq tibbi avadanlıqlarla, dərman vasitələri ilə təchizatının və iş şəraitinin yaxşılaşmasını,nizam-intizamın güclənməsini, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsini, onlara əlçatanlığın artmasını və pasiyentlərin məmnunluğunun artmasını müsbət qiymətləndiriblər. Tibb müəssisələrində işin təkmilləşdirilməsi məqsədilə verilən təkliflərə gəldikdə isə, orta tibb işçilərinin əksəriyyəti bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün ixtisasartırma kurslarının və təlimlərin təşkilini,tibb müəssisələrinin strukturunun dəyişdirilməsini, fəaliyyətinin gücləndirilməsini və İTS-nin əhatə dairəsinin genişləndirilməsinin vacibliyinivurğulayıblar. Agentlik həmçinin Ağdaş rayon Mərkəzi Xəstəxanasında (Ağdaş RMX)“Tibb işçilərinin işdən məmnunluğunun və icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsinə dair” keçirilən sorğunun nəticələrini ictimaiyyətə təqdim edib. Qeyd edək ki, həmin sorğu Prezidentin Ağdaş rayonu üzrə icbari tibbi sığortanın tətbiqi ilə bağlı Fərmanı imzaladığıtarixdən bir ay sonra keçirilib. Bunu nəzərə alaraqAğdaş RMX-da 249nəfər arasında keçirilən sorğu zamanıorta tibb işçilərinin əmək haqlarının müqayisəli təhlili aparılmayıb,onların işdən məmnunluğu, İTS-lə bağlı məlumatlılığı, təlimə ehtiyaclarının qiymətləndirilməsi və İTS-lə bağlı gözləntiləri müəyyən edilib. Nəticələrdən məlum olur ki, Ağdaş RMX-da çalışan orta tibb işçilərinin 38.9%-i aldığı məvacibdən razıdır.Burada iş qrafikindən razı olanlar 88.8%,iş yükündən razı olanlar 82.4% təşkil edir.Orta tibb işçilərinin48.2%-i iş şəraitini yüksək qiymətləndirib. 83.9% orta tibb işçisi pasiyentləişləməkdən çox məmnundur. Tibb müəssisəsində işin daha səmərəli təşkili və tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün təlimlərin təşkilini zəruri hesab edənlər 78% təşkil edib. Burada çalışan orta tibb işçilərinin94.7%-i İTS-nin tətbiqinin müsbət dəyişikliklərə səbəb olacağını bildirib. Orta tibb işçiləriişin təkmilləşdirilməsiməqsədilətibb müəssisəsinin dərman vasitələri,tibbi avadanlıqlarla təminatını, iş şəraitinin yaxşılaşdırılmasını və əmək haqlarının artırılmasınıtəklif ediblər. Qeyd edək ki, sorğu 2018-ci ildə Agentlik və hər üç bölgənin Səhiyyə İşçilərininHəmkarlar İttifaqıŞuraları ilə birgə keçirilib. Hesabatlar ilə Agentliyin rəsmi internet saytından - its.gov.az-dantanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255