SIĞORTA

"AzSığorta" dərmanları birbaşa ünvanınıza çatdıracaq
18 SENTYABR
257

"AzSığorta" dərmanları birbaşa ünvanınıza çatdıracaq

2018-09-18 15:47:00

Hər zaman müştərilərinin qayğısına qalan “AzSığorta” bu ənənəyə sadiq olduğunu bir daha sübut etdi.

Fins.az-ən məlumatına görə, şirkətin tibbi sığorta xidmətindən yararlanan müştərilər artıq dərman almaq üçün əczaxana axtarmayacaqlar, çünki lazım olan preparatlar müştərinin ünvanına çatdırılacaq. Bunun üçün müştərinin sadəcə 050 444 90 90 nömrəsinə lazım olan dərman preparatlarının siyahısını göndərməsi yetərlidir. Dərmanların çatdırılması üçün əlavə ödəniş tələb edilmir. “AzSığorta” ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “B” reytinqini təyin etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259