SIĞORTA

PAŞA Sığortadan daha bir yenilik!
18 SENTYABR
441

PAŞA Sığortadan daha bir yenilik!

2018-09-18 15:43:00

Daim müştəri məmnuniyyətinin artırılmasında səylərini əsirgəməyən PAŞA Sığortadan daha bir yenilik!

Fins.az-ın məlumatına görə, sığorta bazarının lideri olaraq PAŞA Sığorta şirkəti müştəri məmnuniyyəti istiqamətinə xüsusi diqqət ayırır. Bu dəfə müştəri məmnuniyyətinin ölçülməsi məqsədi ilə Baku Medical Plazanın Babək filialında və Caspian İnternational Hospital klinikalarında, həmçinin “Elit” aptekin 28 may filialında QR- kod stendlər yerləşdirilmişdir. Qeyd olunan məntəqələrdə tibbi sığorta xidmətindən istifadə edən sığortalılar həmin stendlər vasitəsi ilə rəy və istəklərini bildirmək imkanı əldə edirlər.

Qeyd edək ki, bundan əlavə olaraq müştərilər şirkətin sosial şəbəkələrdə mövcud olan rəsmi səhifələrinə, veb saytda olan onlayn çata, ofisdə müştərilər üçün quraşdırılmış xüsusi rəy qutularına öz müraciətlərini ünvanlaya bilərlər. Şirkətə daxil olan hər bir müraciətə fərdi yanaşma tətbiq olunur. 2016cı ildən etibarən şirkətin Keyfiyyət və Müştəri Məmnuniyyəti departamenti təsis edilmişdir. Departamentin əsas funksiyası daxili xidmət vermə səviyyəsinin yüksəldilməsi ilə yanaşı müştəri müraciətlərinin beynəlxalq standartlara uyğun tənzimlənməsinə nəzarət etməkdir. PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260