SIĞORTA

Sığorta Hadisələri departamenti yeni ofisə köçüb
27 AVQUST
573

Sığorta Hadisələri departamenti yeni ofisə köçüb

2018-08-27 13:54:00

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “AzSığorta” şirkətinin Sığorta Hadisələri departamenti yeni ünvana köçürülüb.

Şirkətdən Fins.az-a verilən məlumata görə, departament artıq yeni ünvanda - İzmir küçəsi 8, Hyatt Tower 2 binasında fəaliyyət göstərəcək. Sığorta Hadisələri departamentinin şirkətin baş ofisinə köçürülməsində məqsəd müştərilərə göstərilən xidmətin keyfiyyət və sürətinin artırılması, aparılan proseslərin optimallaşdırılması, eləcə də daxili kommunikasiyanın rahatlaşdırılmasıdır.

Departamentin yüksək səviyədə xidmət göstərməsi üçün bütün şəraitin yaradıldığı yeni ünvanda müştərilər üçün geniş gözləmə zalı ayrılıb.

“AzSığorta” şirkətinin Sığorta Hadisələri departamenti ilə əlaqə saxlamaq üçün əlaqə nömrələri:

*7676 *6565 (Qəza xidməti – 2) AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258