SIĞORTA

Sığorta növləri: Əmlak sığortası
21 AVQUST
394

Sığorta növləri: Əmlak sığortası

2018-08-21 15:40:00

Müasir mərhələdə əmlak sığortası getdikcə daha böyük əhəmiyyət kəsb edir. Qanunvericiliyə əsasən sığorta hüquqi və fiziki şəxslərin əmlakına aid edilir.

Əmlak və əmlak marağı naminə sığorta edilmiş risklər növlərinə görə müxtəlifdir. Əksər hallarda əmlak yanğın, daşqın, zəlzələ, qəza, partlayış və s. kimi hadisələrə məruz qalır. Əmlak sığortası müqaviləsinə görə aşağıdakı əmlak maraqları sığortalana bilər:

  1. İtgi, müəyyən əmlakın əksik gəlməsi və zədələnməsi riski; 

  2. Digər şəxslərin həyatı, sağlamlığı və ya əmlakına dəyən zərər nəticəsində yaranan öhdəçiliklər üzrə məsuliyyət riski, qanunvericilik ilə nəzərdə tutulmuş hallarda isə müqavilələr üzrə vətəndaşların məsuliyyət riski; 
  3. Əmlak sığortasını ən geniş yayılmış növləri bunlardır: müəssisələrin,təşkilatların,idarələrin,vətəndaşların əmlakının sığortası; yüklərin sığortası; yanğın əleyhinə sığorta; təyyarələrin, dəniz gəmilərinin sığortası; bank sığortası və digər sığorta.

 

Hüquqi şəxslərin əklak sığortası təsərrüfat subyektlərinin növlərinə görə ayrılır: sənaye, kənd təsərrüfatı və tikinti müəssisələri. Vətəndaşların əmlakının sığorta olunmasının isə müxtəlif növləri vardır və o sığortanın müstəqil növlərinə aid edilir, onların bir necəsi bunlardır: şəxsi avtomobil nəqliyyatının sığorta olunması; ev və digər əmlakın, yardımçı təsərrüfat predmetlərinin sığorta olunması, ev heyvanlarının sığorta olunması və s.

Yüklərin daşınaması üzrə müqavilələr - fərdi qəza üzrə daşınan

məsuliyyətə görə,zədələnmə məsuliyyəti olmadan bağlanılır. Beynəlxalq yük daşımalarında sığorta məcburi xarakter daşıyır.

Təbii hadisələr, insanaların qəsdən və bilməyərəkdən etdikləri ehtiyyatsızlıqdan meydana gələn yanğınlar çox zaman fəlakətə çevrilir. Bu da həm maddi, həm də ictimai mənada böyük ziyana səbəb olur. Bu cür riskləri də yanğın sığortası vasitəsilə aradan qaldırmaq mümkündür. “Yanğının təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununa əsasən yanğına qarşı həm könüllü, həm də icbari sığorta keçirilməsi mümkündür.

Əmlak sığortasının ən geniş yayılmış növlərindən biri avtomobil nəqliyyatı vasitələrinin, hava və dəniz nəqliyyatı vasitələrinin sığortasıdır. Sığortanın bu növü könüllü formada həyata keçirilir. Nəqliyyat vasitələri həm könüllü, həm də məcburi formada sığortalana bilər. Azərbaycan Respublikasının qanununa görə nəqliyyat vasitələri məcburi formada sığortalanmalıdır.

Yük daşımalarının sığorta olunması- yükün sahibinin və ya yükə görə maddi məsuliyyət daşıyan şəxsin əmlak marağını müdafiə edir. Sığorta olunanlar kimi yük göndərən, və ya yük qəbul edəcək istənilən hüquqi və fiziki şəxs çıxış edə bilər.

Bundan başqa əmlak sığortasında ev əmlakının da sığortası mövcuddur. Vətəndaşlara məxsus olan ev əmlakının sığortalanması yalnız könüllü formada həyata keçirilir. Müqavilələr ölkə vətəndaşları, həmçinin ölkə ərazisində daimi yaşayan xaricilərlə və vətəndaşlığı olmayan şəxslərlə bağlanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257