SIĞORTA

Sığorta növləri: Məsuliyyət sığortası
17 AVQUST
339

Sığorta növləri: Məsuliyyət sığortası

2018-08-17 15:41:00

Mülkü məsuliyyət sığortası zamanı- obyekt kimi üçüncü şəxs qarşısında məsuliyyət çıxış edir.

Məsuliyyət sığortasında – sığorta obyekti kimi sığorta etdirən şəxsin fəaliyyəti və fəaliyyətsizliyi nəticəsində üçüncü şəxslərə (fiziki və ya hüquqi) dəyən zərərə görə bu şəxslərə kompensasiya verilməsini təmin edən sığorta sahəsidir.

Fins.az xəbər verir ki, Digər sığorta növlərindən fərqli olaraq məsuliyyət sığortasının vəzifəsinə zərər verən potensial şəxslərin iqtisadi maraqlarının sığorta müdafiəsi təşkil edir. Məsuliyyətin sığorta olunması üçüncü şəxslərin sağlamlığı, həm də əmlakına dəyən zərərin mümkünlüyünü nəzərdə tutur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 923-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir.

Bu sığorta növündə sərnişinlərin həyat məsuliyyəti, hava, dəniz və çay daşımalarında onların yüklərinin qorunması sığortası da çox maraq doğurur. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249