SIĞORTA

“Atasığorta” nizamnamə kapitalını artırıb
17 AVQUST
513

“Atasığorta” nizamnamə kapitalını artırıb

2018-08-17 11:20:00

Atasığorta” ASC nizamnamə kapitalını 2,2 mln. manat və yaxud 17,74% artıraraq 14,6 mln. manata çatdırıb.

Bu barədə Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 25 manat olan 88 min ədəd adi, sənədsiz, adlı səhm buraxılıb. “Unicapital” investisiya şirkətinin vasitəçiliyi ilə Bakı Fond Birjasında bağlanmış əqd nəticəsində yeni səhmləri şirkətin yeganə səhmdarı – “Ataholding” MMC əldə edib. 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256