SIĞORTA

Sığortanı necə reklam etməli? -ELÇİN EYVAZOV YAZIR
08 AVQUST
836

Sığortanı necə reklam etməli? -ELÇİN EYVAZOV YAZIR

2018-08-08 15:10:00

Dil, yəni danışıb yazmaq məsələsi, əlbəttə insanın "özünü" ifadə etməsinin ən mühüm vasitəsidir. Mədəniyyətin başlanğıc nöqtəsidir. Hissləri və fikirləri çatdırmağın əvəzolunmaz yoludur. Ancaq dilin müxtəlif mülkiyyət formaları olur. Məsələn, ədəbiyyat dili, satira dili, bədən dili, bir də "reklam dili" vardır.

Reklam, hər hansı bir məhsulu, xidməti və ya təşkilatı kütlələrə tanıtmaq, bəyəndirmək könüllü olaraq insanları bundan istifadə etməsinə təşviq etmək üçün, alınmasını, satılmasını təmin edilməsində söz, yazı və digər vasitələrlə aparılan hər cür tanıtma səyidir. Reklama digər sahələrdə ehtiyac olduğu kimi sığorta sektorundada ehtiyac vardır. Sığorta şirkətləri reklam yolu ilə hər cür kütləvi informasiya vasitələrindən istifadə edərək əsas bu məqsədləri həyata keçirməyə çalışmalıdırlar:

Müştəriləri xidmətlərdən razı etmək: Sığorta şirkətləri bazara yeni təqdim etdiyi xidmətlərin müştərilər tərəfindən sınanılmasını təmin etmək məqsədilə reklam edirlər. Reklam ilə müştərilər sığorta növlərindən xəbərdar edilir, ehtiyaclar oyadılır, qısada da olsa məlumat verilir, psixoloji olaraq qəbul etmə istəyi yaradılır və almağa inandırmağa çalışırlar.

Şirkətinin və xidmətlərin xeyrinə yaxşı bir imic yaratmaq: Bazara yerləşmiş güclü və nüfuz sahibi olan sığorta şirkətlərinin xidmətlərinin müştərilərin zehnində xüsusi yeri vardır. Sığorta şirkəti özünə və xidmətlərinə qarşı bu oturmuş imici möhkəmləndirmək məqsədilə müxtəlif reklam kompaniyaları həyata keçirməyə çalışır. Marka və sığorta şatışı reklamlarında reklamın məqsədi markanın bazarda yerləşdirilməsi və imicinin formalaşdırılması, mənfi düşüncələrin dəyişdirilərək müsbətə doğru yönəldilməsi olmalıdır.

Müştəri vərdişlərini dəyişmək: Aparılan reklamlar müştəriyə yeni ideyalar sata bilməlidir. Məsələn, yol nəqliyyat hadisəsi baş verərsə əməliyyatlarının avtomatik və elektron qaydada aparılması, sığorta şəhadətnamələrinin elektron qaydada yazılması və kağız anlayışının aradan qaldırılması istiqamətində yönəldilmiş olmalıdır.

Xidmət silsiləsini tanıtmaq: Sığorta şirkətləri çox sayda xidmət növünə malikdir. Bu səbəblə reklamlarda bir xidmət yerinə bir neçə xidmət göstərməklə tanıtmaq yolunu seçmək olar. Məsələn, Sığorta Şirkətinin təqdim etdiyi mənzil sığortası reklamında, nəqliyyat sığortasının icbari və kasko sığorta növlərinin tək bir reklamla tanıtması. Xidmətin müxtəlifliyinin reklamlarda əks olunması ilə müştərilərin zehinlərində xüsusi yer tutması məqsədi güdülməlidir.

Satışı dəstəkləmək: Sığorta satışında fərdi və korporativ satışın çox əhəmiyyətli bir yeri vardır. Bu səbəblə bu cür reklamlar satış cəhdinin dəstəklənməsi məqsədi ilə aparılır. Beləliklə, satış nümayəndəsi müştəri ilə üz-üzə gələndə müştərinin

xidmət haqqında məlumatı olacaq, ya da ən azından xidməti göstərmiş olacaqdır. Reklam, satış işçilərinin gedəcəkləri müştərilərin qapısının açılmasını, getdikləri yerlərdə yaxşı qarşılanmalarını təmin edəcək və ən əsası satıcılar arxalarında şirkətin dəstəyini hiss edərək daha yaxşı prezentasiya keçirəcəklər.

Keyfiyyətli xidməti vurğulamaq: Bu cür reklamlarda sığorta şirkəti, personalı, sığorta agentləri və şirkət haqqında müsbət atmosfer yaradılmasına çalışırlar. Reklam satış nümayəndəsini cəsarətləndirir, rəqabətə güc gəlmək və sığorta şüurunun inkişafında dəstək olur. Digər tərəfdən markanın rəqabət bazarındakı mövqeyini təyin etmədə köməkçi rol oynayır.

Satışın məqsədi xidməti müştəriyə aparmaq olduğu halda, reklamim məqsədi müştərini satış nöqtəsinə cəlb etməkdir. Sığortanın mücərrəd xüsusiyyəti, xidmətin texniki xüsusiyyətləri və müştəriyə görə fərq yarada bilmə (riskin xüsusiyyətinə görə) xüsusiyyəti reklamla fəal bir mesaj verməyi məhdudlaşdırır. Digər tərəfdən vasitəçilik sisteminin müştəriyə kifayət qədər doğru yönləndirilməməsi, müştəri ilə görüşlərin məhdud olması və yeni müştərilərə yönəlmiş proqramların inkişaf etdirilməməsi , bir sözlə "məhsulun rəfdə qalması" səbəbindən reklam fəaliyyətinə mənfi təsir göstərə bilər. Sığortaçılıq sahəsində veriləcək reklamların əsas məqsədi risk, mənfəət, dəymiş zərərin ödənilməsi, güvən, qorumaq, inam və emosional əsaslara dayanır.

Sığorta şirkətləri tərəfindən ediləcək reklamlar sığorta şirkətləri arasında ədalətsiz bir rəqabət olmalı, sağlam rəhbərliyə şübhə etmək üçün istifadə edilə bilən ifadələr işlədilməməli və istifadə olunan ifadələr aydın və müştəri tərəfindən başa düşülən şəkildə olmalıdır. Əks halda yanlış ifadələr çatışmayan məlumatlar vermək şişirdilmiş iddialara səbəb ola bilər. 

Elçin Eyvazov (Fins.az)

Sığorta eksperti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251