SIĞORTA

"Günay Sığorta"nın rəhbərliyində dəyişiklik - YENİ ADLAR
07 AVQUST
1144

"Günay Sığorta"nın rəhbərliyində dəyişiklik - YENİ ADLAR

2018-08-07 19:10:00

"Günay Sığorta" şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik edilib. Fins.az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, Kənan Əskərov şirkətin İdarə Heyətinin sədrinin vəzifəsini icra edən təyin edilib. K.Əskərov vəzifəsinin icrasına bu ilin avqust ayının 1-dən başlayıb.
Yeni heyətlə şirkətin İdarə Heyəti aşağıdakı kimi formalaşıb: K.Əskərov - İdarə Heyəti sədrinin vəzifəsini icra edən, İlkin Mirzəyev - İdarə Heyətinin sədr müavini və Vüqar Rəcəbov - İdarə Heyətinin üzvü kimi təsdiq edilib. 
Qeyd edək ki, K.Əskərov yeni təyinatından əvvəl şirkətin idarə heyətinin sədr müavini vəzifəsini icra edib. İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra etmiş Eldar Axundov isə öz istəyi ilə şirkətdən uzaqlaşıb.(Fed.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257