SIĞORTA

“AtaSığorta”da xüsusi gün – Müseyib Əliyevi TƏBRİK EDİRİK!
05 AVQUST
415

“AtaSığorta”da xüsusi gün – Müseyib Əliyevi TƏBRİK EDİRİK!

2018-08-05 09:45:00

Avqust ayının 5-i “AtaSığorta” şirkətinin idarə heyətinin sədri Müseyib Əliyevin ad günüdür.

Qeyd edək ki, Əliyev Müseyib Fayaz oğlu 1969-cu ildə Bakıda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş, 1993-cü ildə ali təhsilini bitirib iqtisadçı ixtisası almışdır. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə aspiranturanı bitirmişdir. 2005-ci ildə “Bazar münasibətləri şəraitində bankların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

O, 1992-ci ilin mayında Səbail Əmanət bankında xəzinədar kimi başlayıb. 1996-ci ildən Əmanət Bankın müxtəlif şöbə və idarələrində şöbə rəisi və baş mühasib vəzifələrində işləyib. 1996–1998-ci illər “Viləşbank” KB-da İdarə Heyətinin sədri, 1998-2000-ci illərdə “RotAbank” SKB-də baş mühasib, 2000-2002-ci illər “RotAbank” SKB-də İdarə Heyətinin sədr muavini vəzifərərində çalışıb. 11.11.2002-ci il tarixdən etibarən “AtaBank” ASC-nin Daxili Auditin rəhbəri, 2004-cü ildən 2007-ci ilədək Audit Komitəsinin sədri, 2007-ci ildən İdarə Heyəti sədrinin müavini və 2009-cu ildən isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib 2012-ci ilin noyabrından“AtaSığorta” ASC-nin İdarə Heyətinin sədridir.

Əliyev Müseyib Fayaz oğlu 2001-ci ildən  beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü və “Audit Azərbaycan” İnstitutunun İdarə Heyətinin üzvüdür. 2002-ci ildən Azərbaycan Bank Tədris Mərkəzinin ekspert-müəllimidir.

Fins.az doğum günü münasibətlə Müseyib Əliyevi təbrik edir və fəaliyyətində uğurlar arzulayır! 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256