SIĞORTA

“AtaSığorta”da xüsusi gün – ORXAN MƏMMƏDOVU TƏBRİK EDİRİK!
02 AVQUST
629

“AtaSığorta”da xüsusi gün – ORXAN MƏMMƏDOVU TƏBRİK EDİRİK!

2018-08-02 15:34:00

Avqust ayının 2-si “AtaSığorta” şirkətinin idarə heyəti sədrinin birinci müavini Orxan Məmmədovun ad günüdür.

Qeyd edək ki, Orxan Məmmədov 1983-cü ildə Bakıda anadan olub. Orta təhsili Bakıda "Zəngi" litseyində alıb. 2000-2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Bakalavr təhsili alıb. Daha sonra eyni ixtisas üzrə Magistr dərəcəsi qazanıb. 2015-ci ildə Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbindən (LSE) İdarəetmə üzrə Magistrı (Masters in Management) olub. 

Orxan Məmmədov 2006-cı ildən sığorta sektorunda fəaliyyət göstərir. “Qorqud Sığorta” şirkətində mütəxəssis kimi fəalliyyətinə başlamışdır. Daha sonra "Paşa Sığorta" şirkətində Fərdi Sığorta Şöbəsi və Sığorta Əməliyyatları Departamentinə rəhbərlik edib. 2011-ci ildə "Paşa Sığorta" şirkətində İdarə Heyətinin üzvü təyin olunub. 2012-ci ildən etibarən “AtaSığorta” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

Orxan Məmmədov 2009-cu ildən Böyük Britaniyanın Chartered Insurance Institute üzvü və CertCII dərəcəsinin sahibidir. Mərkəzi Avrasiya Liderlik Alliansının (CELA) 2011-ci il məzunu və aktiv üzvüdür. Ölkə xaricində və daxilində liderlik, effektiv idarəetmə, layihələrin idarə olunması, danışıqlar, strateji marketinq və digər çoxsaylı təlimlərdə iştirak etmişdir. 2017-ci ilin sentyabr ayından “AtaSığorta” ASC-nin İdarə Heyəti sədrinin birinci müavinidir.

Fins.az doğum günü münasibətlə Orxan Məmmədovu təbrik edir və fəaliyyətində uğurlar arzulayır! 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254