SIĞORTA

"PAŞA Sığorta"dan günün temperaturuna uyğun qızmar yayın endirimləri!
01 AVQUST
150

"PAŞA Sığorta"dan günün temperaturuna uyğun qızmar yayın endirimləri!

2018-08-01 10:34:00

PAŞA Sığorta əmlakını sığortalamaq istəyənləri yeni kampaniya ilə sevindirməyə tələsir. Artıq hər günün temperaturuna uyğun olaraq endirimli qiymətlərlə əmlakınızı sığortalaya biləcəksiniz. Beləliklə, http://eco.gov.az/az/68-hava-proqnozlari-burosu mənbəyinə istinad edərək sığorta haqqına gündəlik hava temperaturuna uyğun endirim tətbiq olunacaq. Evlərini sığortalamaq istəyənlər bu fürsətdən istifadə edərək ilin ən sərfəli təklifindən yararlana bilərlər.

Qeyd etmək istərdik ki, evinizin sığorta haqqı yerləşdiyi ərazi, sahəsi, bazar və ya bərpa dəyəri, istifadə məqsədindən asılıdır. Məsələn 100 000 AZN dəyərində olan bir mənzilin sığorta haqqı 240 AZN edir və  bu kampaniya ilə əgər sizin müraciət etdiyiniz gün temperatur 35 dərəcə göstərirsə, sizin sığorta haqqınız 156 AZN olacaq. Siz ödənişi  həmçinin hissəvi şəkildə ödəyə bilərsiniz. Bu endirim yalnız mənzil və fərdi yaşayış evlərinin könüllü əmlak sığortası məhsuluna şamil olunur.

 PAŞA Sığorta sizi əmlakınızı sığortalamağa çağırır, çünki həyatda sahib olduğumuz maddi sərvətlərin sırasında ən önəmli yerlərdən birini daşınmaz əmlakımız tutur.

Qeyd edək ki, kampaniya sentyabrın 15-ə kimi keçərlidir.  

PAŞA Sığorta  hal hazırda avtomobilini sığortalamaq istəyənlər üçün də xüsusi kampaniya təklif edir.

Belə ki, minimal 450 AZN məbləğində KASKO sığortası əldə edən hər bir fərdi müştəri PAŞA Sığortadan 100 AZN dəyərində xüsusi hədiyyə kartına sahib olaraq şəhərin ən tanınmış çimərlik komplekslərindən sayılan “Amburan Beach Club”da istirahət imkanı qazanacaq. Sığorta haqqı 2500 AZN-dən yüksək olan müştərilərə isə 200 AZN dəyərində kartlar təqdim ediləcək. Sözügedən kartlar vasitəsilə “Amburan Beach Club” istirahət kompleksinin və onun ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin xidmətlərindən faydalanmaq mümkündür.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254