SIĞORTA

Məşhur sığortaçı işdən ayrıldı
30 İYUL
1130

Məşhur sığortaçı işdən ayrıldı

2018-07-30 16:26:00

"Meqa Sığorta" şirkətinin filial və agent şəbəkəsinin inkişafı idarəsinin müdiri Elçin Eyvazov işdən ayrılıb. Bu barədə Fins.az-a E.Eyvazov özü məlum  verib. Onun sözlərinə görə, iyul ayının 30-dan etibarən "Meqa Sığorta"dan ayrılıb. Bununla belə, o işdən ayrılma səbəbini açıqlamayıb. O bildirib ki, hazırda yeni təklifləri dəyərləndirməyə hazırlaşır. 

Qeyd edək ki, E.Eyvazov 2005-2016-cı illərdə "Standard İnsurance" sığorta şirkətində avtonəqlliyyət sığortası şöbəsinin müdiri vəzifəsində çalışıb.  2016-cı ilin iyul ayında "Meqa Sığorta"ya filial müdiri təyin edilib. 2017-ci ilin fevral ayından isə filial və agent şəbəkəsinin inkişafı idarəsinin müdiri vəzifəsində çalışıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254